...

FHN Binəqədidə yaşayış binasındakı yanğınla bağlı RƏSMİ MƏLUMAT yaydı

Hadisə Materials 9 Mart 2019 10:54 (UTC +04:00)
Bakı şəhəri Binəqədi rayonunda səhər saatlarında baş vermiş yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb.
FHN Binəqədidə yaşayış binasındakı yanğınla bağlı RƏSMİ MƏLUMAT yaydı

Bakı. Trend:

Bakı şəhəri Binəqədi rayonunda səhər saatlarında baş vermiş yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb.

Trend xəbər verir ki, FHN-nin yaydığı məlumata əsasən, Binəqədidə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 28 m² olan bir otaqlı mənzilin mətbəxində mətbəx əşyaları 6 m² sahədə yanıb. Yüksək temperaturdan hamam otağının lambirindən ibarət tavanı 2 m² sahədə qarsalanıb. Məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti