...

Kürdəmirdə silsilə oğurluqlar edən şəxs tutulub

Hadisə Materials 2 May 2019 14:20 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Kürdəmir Rayon Polis Şöbəsinə rayon ərazisində bir neçə oğurluq faktı barədə müraciətlər daxil olub.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlərlə əlaqədar müvafiq araşdırmalar aparılıb, rayon Telekommunikasiya Qovşağına məxsus 4 rabitə quyusundan qapaqların, Xırdapay kənd qəbristanlığından su çəninin, şəhər sakini M.Hacıyevin həyətindən 201 kiloqram metal qırıntılarının və M.Abbasova məxsus bərbərxanadan kondisionerin oğurlanması müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ziyad Şıxalıyev saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti