...

İtaliyada turistləri aparan avtobus aşıb - Ölən və yaralananlar var

Hadisə Materials 22 May 2019 14:20 (UTC +04:00)
İtaliyada turistləri aparan avtobus aşıb
İtaliyada turistləri aparan avtobus aşıb - Ölən və yaralananlar var

Bakı. Trend:

İtaliyada turistləri aparan avtobus aşıb. Trend-in məlumatına görə, hadisə Sienna vilayətində Badessa şəhəri yaxınlığında baş verib.

İnsident nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb. Ümumilikdə avtobusda 60 nəfərin olduğu bildirilib.

Hazırda hadisə yerinə təcili tibbi yardım maşınları cəlb olunub.

Qəzanın hansı səbəbdən baş verməsi məlum deyil. Ölən və yaralanan şəxslərin vətəndaşlığı hələ açıqlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti