Bakı. Trend:
Astara rayonun yanğın hadisəsi qeydə alınıb.
FHN-dən Trend-ə verilən məlumata görə, Astara rayonunun Şuvi kəndində ümumi sahəsi 42 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;