...

Türkanda velosipedçi yol qəzasının qurbanı oldu

Hadisə Materials 8 İyul 2019 14:52 (UTC +04:00)
Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Türkanda velosipedçi yol qəzasının qurbanı oldu

Bakı. Trend:

Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 7-də saat 21 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Cəniyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən paytaxt sakini Kamran Əliyevi vurub. Nəticədə velosipedçi hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti