...

Bərdədədə ticarət obyektində baş verən yanğın söndürülüb (YENİLƏNİB)

Hadisə Materials 21 İyul 2019 10:13 (UTC +04:00)
Bərdə şəhərində yanğın yanğın baş verib
Bərdədədə ticarət obyektində baş verən yanğın söndürülüb (YENİLƏNİB)

İlk xəbər saat 03:53-də yayılıb

Bakı. Trend:

Bərdə şəhərində yanğın yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərin Üzeyir Hacıbəyov küçəsində ümumi sahəsi 2000 m² olan, bir dam altında bir-birinə bitişik tikilən, müxtəlif təyinatlı obyektlərin (qalayçı sexi və mebel mağazaları) yanar konstruksiyaları 590 m² sahədə yanıb.

Tikililərin qalan hissəsi və yaxınlıqdakı məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

03:53

XXX

Bərdə rayonunda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

İlkin məlumata əsasən, rayon mərkəzində bir-birinə bitişik mağazalar yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti