...

İmişlidə 8 otaqlı ev yanıb

Hadisə Materials 9 Avqust 2019 14:31 (UTC +04:00)
İmişlidə ev yanıb.
İmişlidə 8 otaqlı ev yanıb

Bakı. Trend:

İmişlidə ev yanıb.

Trend-ə FHN-dən verilən məlumata görə, rayonda ümumi sahəsi 220 m² olan birmərtəbəli, kürsülü, 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 166 m² sahədə yanıb.

Məlumata görə, evin qalan hissəsi və ev əşyaları yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti