...

15 gün əvvəl daş karxanasında üzərinə darvaza aşan şəxs öldü, cinayət işi başlandı

Hadisə Materials 8 Oktyabr 2019 19:36 (UTC +04:00)
Bakıda 15 gün əvvəl daş karxanasının qarşısında koma vəziyyətində aşkar edilən şəxs xəstəxanada ölüb.
15 gün əvvəl daş karxanasında üzərinə darvaza aşan şəxs öldü, cinayət işi başlandı

Bakı. Samir Əli - Trend:

Bakıda 15 gün əvvəl daş karxanasının qarşısında koma vəziyyətində aşkar edilən şəxs xəstəxanada ölüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Yeni Ramana qəsəbəsindəki 16 saylı cəzaçəkmə məntəqəsinin yaxınlığındakı daş karxanasının qarşısında baş vermişdi.

Sentyabrın 25-də Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə müəssisəsinin arxasında fəaliyyətdə olan daş karxanasının qarşısında qəsəbə sakinlərindən biri uzanmış vəziyyətdə naməlum şəxsi aşkarlayaraq ətrafdakılara məlumat verib.

Həmin şəxs koma vəziyyətində təcili tibbi yardım briqadası tərəfindən Respublika Neyrocərrahiyyə Xəstəxanasına gətirilib. Araşdırmalar zamanı komatoz vəziyyətdə olan şəxsin Tovuz rayon sakini, 1968-ci il təvəllüdlü Bayramov Yusif Hüseyn oğlu olduğu müəyyən edilmişdi.

İlkin araşdırma zamanı məlum olub ki, Y.Bayramov daş karxanasında dəmir darvazanı açarkən darvaza aşaraq ona dəyib. Nəticədə o, koma vəziyyətinə düşüb.

Y.Bayramov oktyabrın 7-də xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti