...

"Tarqovı"da insanlara bıçaqla hücum edən şəxslərin kimliyi məlum oldu

Hadisə Materials 13 Dekabr 2019 12:28 (UTC +04:00)
Ötən gecə Səbail rayonunda iki nəfər şəxsin insanlara qarşı bıçaqla hücum çəkən şəxslər saxlanılıb.
"Tarqovı"da insanlara bıçaqla hücum edən şəxslərin kimliyi məlum oldu

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən gecə Səbail rayonunda iki nəfər şəxsin insanlara qarşı bıçaqla hücum çəkən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, onlar Yevlax rayon sakinləri, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlığa görə məhkum olunmuş Yasin Abdullayev və M.Məmmədovdurlar:

Dekabrın 12-də saat 19 radələrində paytaxtın Səbail rayonu Ü.Hacıbəyov küçəsindəki marketlərin birində 2 nəfər oğurluğa cəhd göstərmişdir. Bunun qarşısı marketin işçiləri tərəfindən alınarkən onlar bıçaqla hədə-qorxu gələrək hadisə yerini tərk ediblər.

Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşlarının operativliyi və çevikliyi sayəsində hər iki şəxs saxlanılaraq 39-cu Polis Bölməsinə gətirilib.

Araşdırmalarla onların Yevlax rayon sakinləri, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlığa görə məhkum olunmuş Yasin Abdullayev və M.Məmmədov olmaları müəyyən edilib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti