...

Bakıda qadın meyiti tapılıb

Hadisə Materials 6 Fevral 2020 16:47 (UTC +04:00)
Moysenko Qalina Nikolayevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.
Bakıda qadın meyiti tapılıb

Bakı. Trend:

Paytaxtın Nizami rayonunda mənzildən 70 yaşlı qadın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1950-ci il təvəllüdlü Moysenko Qalina Nikolayevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti