...

Şirvanda küçədə kütləvi dava: 3 nəfər ölümcül bıçaqlandı

Hadisə Materials 17 Mart 2020 12:58 (UTC +04:00)
Şirvan şəhərində kütləvi dava olub.
Şirvanda küçədə kütləvi dava: 3 nəfər ölümcül bıçaqlandı

Bakı. Samir Əli - Trend:

Şirvan şəhərində kütləvi dava olub.

Trend-in məlumatına görə, hadisə şəhərin mərkəzi küçələrindən birində baş verib. Kütləvi dava zamanı şəhər sakini, 1990-cı il təvəllüd Əhmədov Şəhriyar Əlifağa oğlu, 1997-ci il təvəllüdlü Qəribov Ədalət Novruz oğlu və onun qardaşı, 2001-ci il təvəllüdlü Qəribov Feyruz Novruz oğlu bıçaqlanıb. Yaralılar ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti