...

Bərdədə qonşular arasında kütləvi dava, 6 nəfər xəsarət aldı

Hadisə Materials 16 Aprel 2020 14:59 (UTC +04:00)
Bərdə rayonunda kütləvi dava olub
Bərdədə qonşular arasında kütləvi dava, 6 nəfər xəsarət aldı

Bakı. Samir Əli - Trend:

Bərdə rayonunda kütləvi dava olub.

Trend-in məlumatına görə, hadisə rayonun Köbər kəndi ərazisində baş verib.

Kənd sakinləri Baxşeyiş Quliyev, oğulları və yaxın qohumları- Zaur Quliyev, Orduxan Quliyev, Ağa Quliyev, Vaqif Quliyev, Sərxan Quliyev və İntiqam Quliyevlə birgə yeyib-içərək sərxoş vəziyyətdə kənd sakinləri Ədalət Əliyev və onun qohumları - Kənan Əliyev, Sərdar Əliyev, Aydın Əliyev, Etibar Əliyev, Elşad Süleymanova yumruq, ağac və dəmir parçaları ilə vuraraq ağır bədən xəsarətləri yetiriblər.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.2.1, 221.3 maddələri cinayət işi açılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Baxşeyiş Quliyev, oğlu Orduxan Quliyev və əmisi oğlu İntiqam Quliyev şübhəli şəxs qismində saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti