...

Qusarda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlandı

Hadisə Materials 20 Aprel 2020 14:25 (UTC +04:00)
Qusar rayonunda baş verən yol qəzası ilə bağlı cinayət işi başlanıb.
Qusarda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlandı

Bakı. Samir Əli - Trend:

Qusar rayonunda baş verən yol qəzası ilə bağlı cinayət işi başlanıb.

Trend-in məlumatına görə, hadisə rayonun Həsənqala kəndində baş verib.

Kənd sakini, 1988-ci il təvəllüdlü Babaəli Mustafayev özünə məxsus "Naz Lifan" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı elektrik dirəyinə çırpılıb.

Hadisə nəticədə avtomobildə olan sərnişin Həsənqala kənd sakini, 1988-ci il təvəllüdlü Təlatın Musayev hadisə yerində ölüb.

Faktla bağlı Qusar rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti