...

Goranboyda avtomobil oğurlayan şəxs saxlanıldı

Hadisə Materials 1 May 2020 14:15 (UTC +04:00)
Goranboyda avtomobil oğurlayan şəxs saxlanıldı

Bakı. Samir Əli - Trend:

Goranboyda avtomobil oğurlayan şəxs aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 30-da saat 3 radələrində Gəncə-Yevlax yolunda “COVİD-19” xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş postda rayon sakini Q.İmanovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Kəpəz RPİ-nin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.

Araşdırmalarla qeyd edilən avtomobilin Gəncə şəhər sakini E.Nəbiyevə məxsus olması və Q.İmanov tərəfindən qaçırılması müəyyən edilib və o, saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti