...

Bakıda aşan kran 5 avtomobili yararsız hala salıb - FOTO

Hadisə Materials 4 Sentyabr 2020 15:15 (UTC +04:00)
Bakıda aşan kran 5 avtomobili yararsız hala salıb - FOTO

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakının Nəsimi rayonu, Mövsüm Sənani küçəsi 29 ünvanında kranın aşması nəticəsində 5 avtomobilə ciddi ziyan dəyib.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumatına görə, hadisə nəticəsində kran küçədə dayanan 5 avtomobilin üzərinə aşıb. Həmin avtomobillər tam yararsız vəziyyətə düşüb.

Hadisə nəticəsində 1 nəfər - kranın sürücüsü dünyasını dəyişib. 8 mərtəbəli yaşayış binasının sonuncu mərtəbələrində olan iki mənzilin damına ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti