...

Abşeronda ağır yol qəzası olub: Ölən var

Hadisə Materials 11 Sentyabr 2020 23:37 (UTC +04:00)
Abşeronda ağır yol qəzası olub: Ölən var

Bakı. Trend:

Abşeron rayonunun Pirallahı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 10-da saat 8 radələrində Pirallahı qəsəbəsində qəsəbə sakinləri O.Camalovun idarə etdiyi “Hyundai” markalı avtobus və Ü.Abbaszadənin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə Ü.Abbaszadənin sərnişini Adilxan Cabbarlı hadisə yerində ölmüş, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.

Pirallahı RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti