...

Tərtərdə avtomobillə vurulan atlı ölüb

Hadisə Materials 16 Sentyabr 2020 15:54 (UTC +04:00)
Tərtərdə avtomobillə vurulan atlı ölüb

Bakı. Trend:

Tərtər rayonu ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,
sentyabrın 15-də saat 20 radələrində Tərtər rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolun kənarı ilə atla hərəkət edən Bərdə rayon sakini Asif Süleymanov vurulub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Süleymanov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti