...

Tovuzda ferma yanıb

Hadisə Materials 11 Oktyabr 2020 11:01 (UTC +04:00)
Tovuzda ferma yanıb

Bakı. Trend:

Tovuz rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun İbrahimhacılı kəndində ümumi sahəsi 1000 m² olan fermanın dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə və içərisinə yığılan 15 ton ot bağlamasının 4 tonu yanıb. Fermanın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti