...

Bakıda ikimərtəbəli tikilidə yanğın olub

Hadisə Materials 18 Dekabr 2020 20:59 (UTC +04:00)
Bakıda ikimərtəbəli tikilidə yanğın olub

Bakı. Trend:

Paytaxtın Xəzər rayonunda ümumi sahəsi 300 kvadratmetr olan ikimərtəbəli tikilinin (birinci mərtəbəsi anbar, ikinci mərtəbəsi fəaliyyət göstərmir) ikinci mərtəbəsi 10 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin həyata keçirdikləri operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti