...

Sahibkarı obyektində xüsusi amansızlıqla öldürən dəstənin məhkəməsi başlayır

Hadisə Materials 6 Yanvar 2021 10:16 (UTC +04:00)
Sahibkarı obyektində xüsusi amansızlıqla öldürən dəstənin məhkəməsi başlayır

Bakı. Samir Əli - Trend:

Bakıda sahibkarı mağazasında qətlə yetirən mütəşəkkil dəstənin məhkəmə prosesi başlayır.

Trend-in məlumatına görə, qətli törətməkdə təqsirləndiilən 1998-ci il təvəllüdlü Ehtiram Əliyev və 1999-cu il təvəllüdlü Ələsgər Əliyevin barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Mahmud Ağalarovun icratına verilib. Yaxın vaxtlarda məhkəmənin hazırlıq iclasının vaxtı müəyyən ediləcək.

Xatırladaq ki, hadisə ötən ilin yanvarın 7-də Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki zoomağazada baş verib. 1998-ci il təvəllüdlü Ehtiram Əliyev və 1999-cu il təvəllüdlü Ələsgər Əliyev adıçəkilən mağazaya daxil olaraq oranın sahibi, 1953-cü il təvəllüdlü Hikmət Bəhlul oğlu Babayevin üzünə və boyun nahiyəsinə beş bıçaq zərbəsi endirərək qətlə yetirib, mağazada olan 14 min manat pulu götürərək hadisə yerindən qaçıb. Mağaza sahibi aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Hüquq - mühafizə orqanlarının keçirdikləri əməliyyat - axtarış tədbirləri nəticəsində qətli törədən şəxslər saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci ( bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti