...

Saatlıda gecə saatlarında işləyən çayxana aşkarlanıb

Hadisə Materials 16 Aprel 2021 11:08 (UTC +04:00)
Saatlıda gecə saatlarında işləyən çayxana aşkarlanıb

Bakı. Samir Əli - Trend:

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, çayxananın sahibi barəsində inzibati qaydada protokol tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti