...

Bakıda yanğınsöndürən maşın "KAMAZ"la toqquşdu, xəsarət alanlar var

Hadisə Materials 25 May 2021 16:38 (UTC +04:00)
Bakıda yanğınsöndürən maşın "KAMAZ"la toqquşdu, xəsarət alanlar var

Bakı. Samir Əli - Trend:

Bakıda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadası qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib. Yanğınsöndürmə avtomobili hərəkətdə olarkən "KAMAZ" markalı yük maşını ilə toqquşub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva Trend-ə açıqlamasında bildirib ki, qəza nəticəsində Dövlət Yanğından Mühafizə Xidmətinin bir neçə əməkdaşı xəsarət alıb. Xəsarət alanlardan biri xəstəxanaya yerləşdirilib, qalanları ambulator yardım göstərilərək evə buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti