...

Bakıda fəhlənin intiharı ilə bağlı araşdırmalar davam edir

Hadisə Materials 19 Avqust 2021 12:37 (UTC +04:00)
Bakıda fəhlənin intiharı ilə bağlı araşdırmalar davam edir

Bakı. Samir Əli - Trend:

Bakıda fəhlənin intiharı ilə bağlı araşdırmalar davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilir ki, cari il iyunun 23-də 1964-cü il təvəllüdlü Həsənov İlham İbaş oğlunun paytaxtın Nəsimi rayonu ərazisində yerləşən hündürmərtəbəli binanın 12-ci mərtəbəsindən yıxılaraq ölməsi barədə Nəsimi rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd edilən ünvanda yerləşən binanın 9-cu mərtəbəsindəki mənzildə alçıpan vurulması işlərində fəhlə kimi işləyən İlham Həsənov çay içmək adı ilə binanın 12-ci mərtəbəsinə qalxaraq oradan özünü yerə ataraq intihar edib.

Mərhum İlham Həsənovun maddi, xidməti və s. cəhətdən asılı olduğu hər hansı şəxs tərəfindən amansız rəftar etmə, ləyaqəti alçaltma, hədə-qorxu gəlmə hallarına məruz qalması müəyyən olunmadığından araşdırma üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.

Toplanmış material üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmasını təmin etmək məqsədilə rayon prokuroru tərəfindən həmin qərar ləğv edilib.

Hazırda faktla bağlı araşdırma davam etdirilir.

Twitter: @GuleliyevSamir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti