...

Qusar sakininin evindən "patı" aşkarlandı (FOTO)

Hadisə Materials 30 Avqust 2021 16:11 (UTC +04:00)
Qusar sakininin evindən "patı" aşkarlandı (FOTO)

Bakı. Samir Əli - Trend:

“Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Qusar Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan Trend-ə verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Qusar rayon sakini Eldar Əlimov saxlanılıb. Həmin şəxsin yaşadığı evə baxış keçirilən zaman “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin və marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır

Twitter: @GuleliyevSamir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti