...

Şirvan və Biləsuvarda ev yanıb

Hadisə Materials 8 Noyabr 2021 05:28 (UTC +04:00)

Bakı. Trend:

Şirvan şəhərində ümumi sahəsi 172 m² olan birmərtəbəli 5 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 16 m² sahədə və dam örtüyü yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Biləsuvar rayonunda isə ümumi sahəsi 448 m² olan (hər mərtəbəsi 224 m²) ikimərtəbəli evin zirzəmisində 20 p.m elektrik kabeli yanıb. Kabelin qalan hissəsi və ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti