...

Qardaşını öldürməkdə təqsirləndirilən şəxsə bəraət verildi

Hadisə Materials 8 Dekabr 2021 16:37 (UTC +04:00)
Qardaşını öldürməkdə təqsirləndirilən şəxsə bəraət verildi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirləndirilən Elçin Camalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Elçin Camalov ittiham olunduğu maddə üzrə təqsirli bilinməyib və məhkəmə zalından azadlığa buraxılıb. Onun cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

Məhkəmənin qənaətinə əsasən, Elçin Camalov zəruri müdafiə həddini aşmayıb. Qardaşı onu bıçaqlamaq istəyərkən E.Camalov özünü qorumaq məqsədi ilə onu bıçaqlayıb. Cinayət işi üzrə onun əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilib.

Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, bu il martın 18-də Nəsimi rayon ərazisində 1968-ci il təvəllüdlü Camalov Etibar Feyzəmməd oğlunun üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişin qardaşı, 1969-cu il təvəllüdlü Elçin Camalovun aralarında yaranmış münaqişə zamanı Etibar Camalova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti