...

Mingəçevirdə binada partlayış baş verib, 2 nəfər xəsarət alıb (FOTO) (ƏLAVƏ OLUNUB)

Hadisə 16 Yanvar 2022 23:44 (UTC +04:00)
Mingəçevirdə binada partlayış baş verib, 2 nəfər xəsarət alıb (FOTO) (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Mingəçevir şəhərində ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 38 m² olan 2 otaqlı mənzildə məişət qazının sızması nəticəsində (ilkin ehtimal) yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nəticədə mənzilin mətbəxinin tavanı yanıb. Partlayışın zərbə dalğasının təsirindən mənzilin arakəsmə divarları və pəncərələri dağılıb. Partlayış zamanı evdə olan 2 nəfər müxtəlif xəsarətlər alıb. Xəsarət alan şəxslər TTTY briqadası tərəfindən xəstəxanaya aparılıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Evin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

22:20

Mingəçevirdə qaz sızması nəticəsində binada partlayış baş verib.

Trend-in yerli bürosunun məlumatına görə, hadisə Axundov küçəsində yerləşən binaların birində qeydə alınıb. Partlayış nəticəsində binanın dam örtüyü uçub, evdə yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğın söndürmə qüvvələri cəlb olunub.

Partlayış nəticəsində evdə olan 1987-ci il təvəllüdlü Aytən Xudiyeva əl və sinə nahiyəsindən, onun qızı, Zeynəb Əliyeva isə əl və üz nahiyələrindən 1-ci və 2 ci dərəcəli yanıq xəsarətləri alıb.

Hadisə yerinə aidiyyatı qurumlar çağırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti