...

Bərdədə 32 yaşlı kişi güllələnib

Hadisə 22 Yanvar 2022 20:32 (UTC +04:00)
Bərdədə 32 yaşlı kişi güllələnib

Bərdə. Trend:

Bərdə rayonunda güllələnmə hadisəsi baş verib.

Trend-in yerli bürosunun xəbərinə görə, hadisə rayonun Ləmbəran kəndində qeydə alınıb. Belə ki, 1990-cı ilə təvəllüdü Hüseynov İsrafil Hümbət oğlu odlu silahdan atılmış iki güllə yarası alib.

Yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilərək dərhal əməliyyat edilib. Xəstəxanadan əldə edilən məlumata görə, yaralının vəziyyəti ağırdır.

Hadisənin baş vermə səbəbi tam olaraq məlum deyil. Faktla bağlı araşdırma başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti