...

Kaliforniyada şənlik zamanı atışma nəticəsində azı 4 nəfər ölüb

Hadisə 24 Yanvar 2022 02:54 (UTC +04:00)
Kaliforniyada şənlik zamanı atışma nəticəsində azı 4 nəfər ölüb

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatının İnqlvud şəhərində evdə təşkil olunmuş şənlikdə baş verən atışma nəticəsində azı 4 nəfər ölüb, daha biri yaralanıb.

Trend xəbər verir ki, bu barədə məlumatı CBS telekanalının yerli bölməsi yayıb.

Qeyd olunur ki, hadisə bazar günü yerli vaxtla səhər saatlarında baş verib. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib, həkimlər onun vəziyyətini kritik qiymətləndirirlər. Polis baş verənləri araşdırır.

İlkin məlumata görə, atışma bir neçə nəfərin arasında baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti