...

Yasamalda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır

Hadisə 24 Yanvar 2022 17:43 (UTC +04:00)
Yasamalda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır

Bakı. Trend:

Yasamal rayonu, Murtuza Muxtarov 50 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat şikayətçinin iştirakı ilə Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.

Trend xəbər verir ki, Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə 5 ağacın kəsildiyi müəyyən edilib.

Hazırda ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək üçün Yasamal Rayon Polis Şöbəsi ilə birgə araşdırma aparılır.

Xidmət rəsmisi yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərərək Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə məlumat verən media və ictimaiyyət nümayəndələrinə təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti