...

Azərbaycanda ötən il baş verən təbii və texnogen mənşəli hadisələrin sayı açıqlanıb

Hadisə Materials 26 Yanvar 2022 18:06 (UTC +04:00)
Azərbaycanda ötən il baş verən təbii və texnogen mənşəli hadisələrin sayı açıqlanıb

Bakı. Trend:

Ötən il respublika ərazisində 15 247 təbii və texnogen mənşəli hadisə baş verib.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) 2021-ci il üzrə illik hesabatında qeyd olunub.

Bildirilib ki, bu, 2020-ci il ilə müqayisədə 467 hadisə və ya 3% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 55 nəfər həlak olub, 206 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 51 nəfər xilas edilib, 821 nəfər isə təxliyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti