...

Beyləqanda avtoqəzada yaralananların kimliyi məlum olub (Əlavə olunub)

Hadisə Materials 6 Fevral 2022 16:24 (UTC +04:00)
Beyləqanda avtoqəzada yaralananların kimliyi məlum olub (Əlavə olunub)

Bakı. Trend:

Beyləqanda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yaralananların kimliyi məlum olub.

Trend-in yerli bürosunun məlumatına görə, onlar Ağcabədi rayon sakinləri 46 yaşlı Səfərov Səfər Rafail oğlu, 42 yaşlı
Babayev Ramil Kərim oğlu, Ağdam rayon sakini 53 yaşlı Mehtiyev Əvəz Səfər oğlu və 42 yaşlı Beyləqan rayon sakini Camalov Ceyhun Əsgər oğludur.

XXX

16:04

Beyləqanda üç avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in yerli bürosu xəbər verir ki, hadisə rayonun Eyvazalılar kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "ZİL" markalı yük maşını "OKA" və "Niva" markalı minik maşınları ilə toqquşub.

Nəticədə yük avtomobili və "Niva" markalı minik maşını yoldan çıxaraq su kanalına aşıb.

Qəza nəticəsində avtomobildə olan dörd nəfər xəsarət alıb. Yaralılar Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların kimliyi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti