...

Gəncədə küçə lampasını dəyişən fəhləni cərəyan vurub öldürüb

Hadisə Materials 12 Fevral 2022 12:30 (UTC +04:00)
Gəncədə küçə lampasını dəyişən fəhləni cərəyan vurub öldürüb

Bakı. Trend:

Fevralın 11-i saat 17 radələrində Gəncə şəhər sakini, “Azavqrup” işıqlandırma şirkətində fəhlə işləyən 1992-ci il təvəllüdlü Röyal Əliyevin ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Gəncə şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Röyal Əliyev şəhərin işıqlandırılması üçün nəzərdə tutulmuş küçə işığının lampasını dəyişərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti