...

Polis Bakıda iki nəfərin qətlə yetirildiyi kütləvi dava ilə bağlı əməliyyata başladı

Hadisə Materials 18 Fevral 2022 10:56 (UTC +04:00)
Polis Bakıda iki nəfərin qətlə yetirildiyi kütləvi dava ilə bağlı əməliyyata başladı

Bakı. Samir Əli - Trend:

Polis Bakıda iki nəfərin ölümü ilə nəticələnən kütləvi dava ilə bağlı əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə fevralın 18-də saat 00.30 radələrində Təbriz küçəsindən Bakı şəhər sakini Fərid Alırzayevin və Sumqayıt şəhər sakini Şahin Bayramovun ağır dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya gətirilmələri və orada ölmələri barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən bu cinayət əməlini törədənin və ya törədənlərin müəyyən edilərək tutulması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti