Bakı. Trend:
Mingəçevir şəhərində yol qəzası baş verib.
Trend-on yerli bürodunun məlumatına görə, şəhərin Çimərlik adlanan ərazisində baş verib.
Şəhər sakini, 2000-ci təvəllüdlü Ələsgərov Səbuhi Elçin oğlu "Hundai" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil aşıb.
Hadisə nəticəsində sürücü və onun sərnişinləri, 2004-cü il təvəllüdlü Ələsgərov Nihad Fazil oğlu və 2003-cü il təvəllüdlü Səfərova Səidə Arzu qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Xəsarət alan sərnişin Nihad zəliyevin vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma başladılıb.