...

Rusiyada ağır yol qəzası baş verib, 4 nəfər ölüb, 3 nəfər yaralanıb

Hadisə Materials 3 Aprel 2022 08:04 (UTC +04:00)
Rusiyada ağır yol qəzası baş verib, 4 nəfər ölüb, 3 nəfər yaralanıb

Bakı. Trend:

Rusiyanın Yakutiya Respublikasında federal trasda baş vermiş avtoqəzada 4 nəfər həyatını itirib.

Trend xəbər verir ki, bu barədə Rusiya Yol Hərəkəti Təhlükəsizliyinin Dövlət İnspeksiyasının yerli bölməsi məlumat yayıb.

Məlumata görə, "Nissan" markalı avtomobil "Mitsubishi" markalı avtomobilin yolun çıxıb və nəticədə qəza baş verib. Zərbə nəticəsində "Nissan"-ın sürücüsü və sərnişini hadisə yerində vəfat ediblər. Digər avtomobilin sürücüsü və sərnişini də aldıqları xəsarətlərdən hadisə yerində keçiniblər.

"Mitsubishi"-nin digər 3 sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti