...

Rusiyada ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər arasında uşaqlar var

Hadisə Materials 4 May 2022 08:21 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Rostov vilayətində "Mercedes" markalı miniven və "VAZ" markalı minik avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, bu barədə Yol Hərəkəti Təhlükəsizliyi Dövlət Müfəttişliyinin vilayət üzrə idarəsi məlumat yayıb.

Qeyd olunur ki, qəza nəticəsində üçü azyaşlı olmaqla altı nəfər həyatını itirib.

"İlkin məlumata görə, "VAZ" markalı avtomobilin sürücüsü əks istiqamət zolağına çıxaraq "Mercedes" markalı minivenlə qarşı-qarşıya toqquşub", - İdarədən bildirilib.

Ölənlər minik avtomobilinin sürücüsü və beş sərnişindir. Bundan əlavə, minivendə olan 4 nəfər xəsarət alıb.

Hazırda hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti