...

Keçmiş məhkum marşrut avtobusunda 4 sərnişini qarət edib

Hadisə Materials 24 May 2022 11:42 (UTC +04:00)
Keçmiş məhkum marşrut avtobusunda 4 sərnişini qarət edib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçmiş məhkum marşrut avtobusunda 4 sərnişini qarət edib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda Binəqədi rayonu ərazisində marşrut avtobuslarında 4 vətəndaşın çantasından və cibindən pul, içərisində sənəd və bank kartları olan cüzdanlarını oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Qurban Mehdiyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti