...

Şəkidə şərnişin avtobusu dərəyə aşıb, xəsarət alanlar var (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)

Hadisə Materials 5 İyun 2022 19:30 (UTC +04:00)
Şəkidə şərnişin avtobusu dərəyə aşıb, xəsarət alanlar var (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)

Bakı. Trend:

Şəki şəhərində “İsuzu” markalı sərnişin avtobusunun dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif bədən xəsarətləri ilə sürücü və 22 nəfər sərnişini qəzaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

xxx

17:32

Şəki şəhərində “İsuzu” markalı sərnişin avtobusunun dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti