...

Beyləqanda yük avtomobili yol kənarına aşıb

Hadisə Materials 3 İyul 2022 09:25 (UTC +04:00)
Beyləqanda yük avtomobili yol kənarına aşıb

Bakı. Trend:

Beyləqan rayonunun İkinci Aşıqlı kəndində “KamAZ” markalı yük avtomobili yol kənarına aşıb.

Fövqəladə Halları Nazirliyindən Trend-ə verilən məlumata görə, nəticədə avtomobilin taxtadan ibarət banının yanar hissələri və banına yığılan 3 ton ot bağlaması yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti