...

Bakıda fəhlə şirkətdə dəzgaha düşüb öldü

Hadisə Materials 22 Oktyabr 2022 11:41 (UTC +04:00)
Bakıda fəhlə şirkətdə dəzgaha düşüb öldü
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda şirkətdə ölüm hadisəsi baş verib.

Nərimanov rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, oktyabrın 21-i saat 13 radələrində Nərimanov rqayonu, 6-cı köndələn küçəsi, 2038-ci məhəllə ünvanında yerləşən “Termoplast” MMC-də fəhlə işləyən 1966-cı il təvəllüdlü Xalıq Əmirovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Xalıq Əmirov müəssisənin ərazisində yerləşən işlək halda olan qurutma dəzgahının bunkerinə yıxılması nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti