Bakı. Trend:
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Saatlı, Tovuz və Lerik rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Baş Prokurorluqdan Trend-ə bildirilib ki, araşdırmalarla Saatlı rayonunda dövlət mülkiyyətində olan torpaq sahəsində, Tovuz rayonunun Qandallar kəndi ərazisində meşə fonduna daxil olmayan, həmçinin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonu ərazisində meşə fonduna daxil olan, ümumilikdə 142 ağac və kolun kəsilməsi nəticəsində ekosistemə 12 min manatdan çox ziyan dəyməsi müəyyən edilib.
Fakt üzrə Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü maddələri (qanunsuz ağac kəsmə) ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.