...

İzmirdə kran aşdı, 5 ölü var (VİDEO)

Hadisə Materials 30 Dekabr 2022 20:30 (UTC +04:00)
İzmirdə kran aşdı, 5 ölü var (VİDEO)

Bakı. Trend:

İzmirin Bornova mahalında bir otelin inşaatında olan qüllə kranın bir hissəsi aşıb.

Trend Anadolu Agentliyinə istinadən xəbər verir ki, qəzada 5 nəfər ölüb, yaralananlar var.

Hadisə yerinə çoxlu sayda xilasedici qrupların göndərildiyi bildirilib.

İzmir valisi Yavuz Səlim Köşger sosial media hesabından İzmirdəki qəzası ilə bağlı açıqlama verib.

"Təəssüflər olsun ki, Bornova mahalımızdakı bir tikintidə vinç qaldırma işləri zamanı baş verən qəzada 5 vətəndaşımız həyatını itirdi. 2 nəfər də yaralanıb. Tezliklə sağalın", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti