Bakı. Trend:
Göygöl Rayon Polis Şöbəsinə rayonun Şəhriyar kəndi ərazisində naməlum şəxs və ya şəxslər tərəfindən 2 ədəd qovaq ağacının kök hissəsindən kəsilməsi və təbiətə 2450 manat məbləğində ziyan dəyməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə
verilən məlumata görə,
polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində
ağacları kəsməkdə şübhəli bilinən rayon sakini Savalan Əliyev
saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.