...

Göyçayda kütləvi dava olub

Hadisə Materials 14 Fevral 2023 11:27 (UTC +04:00)
Göyçayda kütləvi dava olub
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Göyçayda kütləvi dava olub.

Trend-in məlumatına görə, dünən günorta saatlarında Göyçay şəhərində beş nəfər - Emil Məlikov, Roman Kərimov, Cavid Məlikov, eləcə də qardaşlar - Zahir və Zamiq Həsənovlar arasında şəxsi münasibətlər zəminində başlanan mübahisə daha sonra dava-dalaşla nəticələnib.

Dava-dalaş zamanı onların hər biri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Trend-ə bildirib ki, faktla bağlı rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırmalara başlanılıb və həmin şəxslərin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub.

Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti