...

Binəqədidə fəhlə hündürlükdən yıxılaraq ölüb

Hadisə Materials 21 Fevral 2023 14:41 (UTC +04:00)
Binəqədidə fəhlə hündürlükdən yıxılaraq ölüb

Bakı. Trend:

Fəhlənin iş yerində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Binəqədi rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, fevralın 20-si saat 12 radələrində 1973-cü il təvəllüdlü Oktay Ələkbərovun Binəqədi rayonu ərazisində hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı Oktay Ələkbərovun fəhlə kimi işlədiyi inşa edilməkdə olan hündürmərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılması və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti