...

Ağstafada üçmərtəbəli yaşayış binasında yanğın olub

Hadisə Materials 23 Fevral 2023 23:18 (UTC +04:00)

Bakı. Trend:

Ağstafa şəhərində üçmərtəbəli yaşayış binasının (mərtəbələrarası arakəsmə divarları taxta konstruksiyalardan ibarət) 2-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan mənzilin tavanı 5 m² sahədə, 3-cü mərtəbəsində ümumi sahəsi 70 m² olan mənzilin döşəməsi 2 m² sahədə və ümumi sahəsi 80 m² olan mənzilin döşəməsi 5 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinən Trend-ə bildirilib ki, hər üç mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti