...

Bakıda kafedə müsiqi üstündə qətl törədən şəxs saxlanılıb

Hadisə Materials 16 Mart 2023 09:46 (UTC +04:00)
Bakıda kafedə müsiqi üstündə qətl törədən şəxs saxlanılıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda kütləvi davada qətl törədən şəxs saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi rayonu ərazisində baş vermiş qətl hadisəsi ilə bağlı Orxan Zeynalov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub.

Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.

Qeyd edək ki, martın 16-da saat 03 radələrində paytaxtın Nəsimi rayonunda 1988-ci il təvəllüdlü Cəsarət Vəliyevin kəsici-deşici öldürülməsi və 1994-cü il təvəllüdlü Camal Həsənovun xəsarət alması ilə ilə bağlı polisə məlumat daxil olub.

Nəsimi rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, ilkin araşdırma zamanı Cəsarət Vəliyevin tanışı ilə birgə "20 yanvar" metrostansiyasının yaxınlığında yerləşən restoranlardan birində yemək yeyərkən musiqi sifariş etməyə görə qonşu masada əyləşən şəxslərlə aralarında yaranmış mübahisə zamanı bıçaq xəsarəti alması və həmin xəsarət nəticəsində xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti