...

DİN Zabrat qəbiristanlığında qəbirlərin dağıdılması iddiası ilə bağlı araşdırmalara başladı

Hadisə Materials 19 Aprel 2023 11:11 (UTC +04:00)
DİN Zabrat qəbiristanlığında qəbirlərin dağıdılması iddiası ilə bağlı araşdırmalara başladı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Daxili İşlər Nazirliyi Bakının Zabrat qəsəbəsindəki qəbiristanlıqda bir neçə qəbirlərin dağıdılması iddiası ilə bağlı araşdırmalara başlayıb.

DİN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, paytaxtın Sabunçu rayonunda Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqların birində naməlum şəxslər tərfindən bir neçə qəbir daşının dağıdılması iddiası ilə bağlı araşdırma aparılır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) cinayət işi açılıb.

Əməli törədən şəxsin, yaxud şəxslərin müəyyən edilib istintaqa cəlb edilməsi istiqamətində tədbirlər görülür.

Tədbirlərin nəticəsi ilə bağlı məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti