Bakı. Trend:
Şirvanda üzərinə mişar daşı düşən fəhlə ölüb.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, iyulun 23-ü Şirvan şəhərində yerləşən iaşə obyektlərindən birində 2001-ci il təvəllüdlü Nəriman Əhmədovun fəhlə kimi divar söküntüsü işini icra edən zaman mişar daşlarının üzərinə düşməsi nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.